• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hikmət Hacıyev Ermənistan Konstitusiyasından danışdı

SİYASƏT

02 Oktyabr 2026 | 09:43 | Müəllif: Günəş Mərd

Hikmət Hacıyev Ermənistan Konstitusiyasından danışdı

Azərbaycan yalnız son bir addımı - Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyir və bundan sonra yekun sülh sazişi reallığa çevriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və təhlükəsizlik bərqərar olub, lakin onların dayanıqlığını təmin etmək vacibdir.

Hikmət Hacıyev həmçinin vurğulayıb ki, Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətinin sülhə hazırlanması istiqamətində fəal şəkildə işləməyə çağırır.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026