01.10.2026-cı il tarixində saat 12:30 radələrindən başlayaraq 6 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Xatırladaq ki, oktyabrın 1-i Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərin birində 5 şagirdin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib.
Günəş Mərd
















