• Bakı 22° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bu il “Son zəng” keçiriləcək? - AÇIQLAMA

CƏMİYYƏT

27 Aprel 2021 | 18:25

Bu il “Son zəng” keçiriləcək? - AÇIQLAMA

Artıq may ayı yaxınlaşır. Növbəti təhsil ilinin yekunlaşmasına sayılı günlər qalıb. Təhsil ilində ən önəmli hadisələrdən biri də “Son zəng” hesab olunur. 

Bakıvaxtı.az-ın məlumatına görə, bu il son zəng ötən ilkindən fərqli keçiriləcək.

Belə ki, ötən il son zəng onlayn keçirilmişdi. Bu il həmin tədbir yalnız onbirincilərin iştirakı ilə və pandemiya rejiminə uyğun şəkildə həyata keçiriləcək. Maska və ara məsafəsinin qorunması mütləq olacaq. 

Təhsil Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı sorğumuzu belə cavablandırdı: “Son zəngin keçiriləcəyi tarixdə pandemiya şəraitinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”. (News24.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026