• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu klubun baş məşqçisi koronavirusa yoluxdu

İDMAN

26 Dekabr 2021 | 18:17

Bu klubun baş məşqçisi koronavirusa yoluxdu

İngiltərənin "Kristal Pelas" klubunun baş məşqçisi Patrik Vieyra koronavirusa yoluxub.

Bakıvaxtı.az-ın Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, fransalı mütəxəssis bu səbəbdən "Tottenhem"ə qarşı ölkə çempionatının XIX tur matçını buraxacaq. Onu texniki zonada köməkçisi Osian Roberts əvəzləyəcək.

Bu gün oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl "Kristal Pelas"ın bir neçə futbolçusunda infeksiya aşkarlandığı üçün "Uotford"la XVIII tur görüşü təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026