İsveç millisinin və "Milan"ın hücumçusu Zlatan İbrahimoviç zədə səbəbindən DÇ-2022-nin seçmə mərhələsinin pley-off mərhələsini buraxa bilər.
Bakıvaxtı.azxəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Xatırladaq ki, 40 yaşlı hücumçu İtaliya çempionatının 23-cü turunun "Yuventus"la oyununda (0:0) zədələnib.
Qeyd edək ki, İsveç millisi DÇ-2022-nin seçmə mərhələsinin pley-off mərhələsində Çexiya ilə qarşılaşacaq.(qol.az)
















