Oktyabrın 7-də Monteneqronun Prezidenti Milo Cukanoviç Gürcüstana ilk rəsmi səfərini edəcək.
Bakıvaxtı.az xəbər verir ki, Orbeliani sarayında M.Cukanoviçin rəsmi qarşılanma mərasimi keçiriləcək.
Cukanoviçin gürcüstanlı həmkarı Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə görüşü planlaşdırılıb.
















