Rəsmi Kiyev “Bayraktar” pilotsuz hücum təyyarələrinin sayını artırmaq niyyətindədir.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Sergey Şaptala bildirib.
“Dövlət bizə “Bayraktar”ı alır. Onlar xidmətimizdədir və biz bununla dayanmırıq, onların sayını daha da artıracağıq”, - deyə o qeyd edib.
















