İtaliyada 2022-ci ilin birinci yarısında 5 yaşdan kiçik uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanıla bilər.
Bakıvaxtı.az "Trend"ə istinadən xəbər verir ki, bunu "Sky tg24" telakanalının efirində İtaliyanın Dərman Agentliyinin (Aifa) prezidenti Corco Palu deyib.
O əlavə edib ki, ABŞ-ın "Moderna" və "Pfizer" şirkətləri artıq kiçik uşaqların peyvənd olunması üzrə sınaqlar keçirirlər: "Düşünürəm ki, bu, bir neçə ayın məsələsidir".
Qeyd edək ki, dekabrın 16-dan İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılır.
















