• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Dünyada koronavirusa yoluxmada REKORD

DÜNYA

04 Yanvar 2022 | 10:00 | Müəllif: Subhan Mahmudov

Dünyada koronavirusa yoluxmada REKORD

2021-ci ilin dekabr ayında bütün dünyada 24,7 milyon nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu rəqəm noyabr ayı ilə müqayisədə 8,5 milyon nəfər çox olub.

Təkcə dekabrın son həftəsində 8,4 milyon yeni yoluxma qeydə alınıb. Bu da pandemiya dövrünün ən yüksək göstəricisi olub.

Buna qədər dünyada ən yüksək aylıq yoluxma göstəricisi 2021-ci ilin aprelində qeydə alınmışdı. O zaman 22 milyondan çox şəxs virusa yoluxmuşdu.

Qeyd edək ki, bu günədək dünyada koronavirusa yoluxanların sayı 293 milyon nəfərə çatıb. 5,4 milyondan çox şəxs vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026