• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

BMT Təhlükəsizli Şurası Şimali Koreya ilə bağlı toplanacaq

DÜNYA

03 Fevral 2022 | 00:09 | Müəllif: Subhan Mahmudov

BMT Təhlükəsizli Şurası Şimali Koreya ilə bağlı toplanacaq

BMT Təhlükəsizlik Şurası (TŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqları ilə bağlı məlumatları müzakirə edəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, müzakirələr fevralın 4-də keçiriləcək.

Bundan əvvəl məlum olub ki, ABŞ fevralın 3-də KXDR üzrə qapalı formatda görüşün keçirilməsini xahiş edib.

Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya yanvarın 30-da Yapon dənizinə orta mənzilli ballistik raket atıb.

Birləşmiş Ştatlar yeni raket sınaqlarına görə BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyalarını genişləndirməyə çalışır. Yanvarın ortalarında onlar bu təşəbbüslə çıxış etməyə çalışsalar da, Rusiya və Çindən dəstək almayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026