Aralıq dənizində 5,1 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyənin Antalya vilayətinin Gazipaşa rayonuna yaxın bölgədə meydana gəlib.
Zəlzələnin ocağı dənizin 13 kilometr dərinliyindədir.
Nuranə Daxilqızı
















