Türkiyədə minimum əmək pensiyası 2 min 500 lirə oldu.
Bakıvaxtı.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetin iclasında deyib.
"Biz indidən pensiyanı ümumilikdə inflyasiya səviyyəsi qədər artırırıq. Bundan əlavə, az təqaüd alan pensiyaçılarımız üçün yeni aşağı həddi müəyyən etmişik" deyən Ərdoğan bildirib ki, təqaüdçülər 2 min 500 lirədən aşağı pensiya almayacaq.
Türkiyə Prezidenti deyib ki, beləliklə, aylıq gəliri 1500 lirədən başlayan 1 milyon 266 min təqaüdçünün pensiyası 2 min 500 lirəyə qaldırılır: "İyul ayında kollektiv müqavilələrdəki 7 faiz artımla yanaşı, lazım gələrsə, inflyasiya fərqi də əlavə olunacaq.
İnvestisiya, məşğulluq, istehsal, ixrac və cari əməliyyatlar balansı ilə hədəflərinə çatan və dünyanın 10 ən böyük iqtisadiyyatından birinə çevrilən Türkiyəyə hər zamankındən daha yaxınıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
















