• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İndoneziyada vulkan püskürməsi - Ölənlərin sayı artır

DÜNYA

05 Dekabr 2021 | 09:31

İndoneziyada vulkan püskürməsi - Ölənlərin sayı artır

İndoneziyanın Yava adasının şərqində Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Lumajanc dairəsi rəhbərinin müavini İnda Ampervati "Detik" portalına bildirib.

“Bu gün daha 12 nəfərin meyiti tapılıb”, - deyə məmur bildirib. Qeyd edək ki, daha bir yerli sakinin ölümü şənbə günü təsdiqlənib. 

Xilasedicilər axtarış işlərini davam etdirirlər.

Bundan əvvəl onlarla insan lavadan aldığı yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Aidiyyəti qurumların nümayəndələri vulkana bitişik ərazilərin əhalisini təxliyə edib.

Vulkan atmosferə böyük miqdarda kül buraxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026