• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Bu qidalar əzələ kütləsini azaldır

CƏMİYYƏT

22 Fevral 2024 | 16:54

Bu qidalar əzələ kütləsini azaldır

Ultra işlənmiş qidalar böyüklərdə əzələ kütləsini azalda bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Çinin Ninbo Universitetinin alimləri müəyyən ediblər.

Məlumata görə, ultra emal olunmuş qidaların artan istehlakı ilə sarkopeniya, yəni yaşla əlaqədar əzələ kütləsinin itirilməsi arasında əlaqə tapılıb.

Belə ki, tədqiqatda 20-59 yaş arası 10255 insan iştirak edib. Alimlər xüsusi sorğu anketlərindən istifadə edərək iştirakçıların yemək vərdişləri haqqında məlumat toplayıblar. Tədqiqatçılar hər bir könüllünün boyu, çəkisi və bədən kütləsi indeksini də ölçüblər. Skelet əzələ kütləsini hesablamaq üçün elm adamları ikili enerjili rentgen absorptiometriyasından istifadə ediblər. Bu, piylənmə və sarkopeniya diaqnozu üçün ümumi bir üsuldur.

Nəticələr göstərib ki, ultra emal olunmuş qidaların (şirinləşdirilmiş içkilər, çipslər, dondurma, şokolad, bəzi işlənmiş qidalar və fast food) istehlakı ilə əzələ kütləsinin azalması arasında aydın əlaqə var.

Cins, yaş, həyat tərzi və digər amillərə uyğunlaşdıqdan sonra elm adamları hesablaya bildilər ki, pəhrizlərində bu cür qidaların ən yüksək nisbəti olan yaşlı iştirakçıların sarkopeniya inkişaf riski 60% yüksəkdir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR