Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smetanormativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
Bakıvaxtı.az xəbər verir ki, qərarda ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsilə əlaqədar mədəni irs obyektlərində (daşınmaz tarix və mədəniyyət abidələrində) təmir-bərpa işləri üzrə tikintidə üstəlik xərclərin və smeta gəlirinin normativləri müəyyən edilmişdir.
Mədəni irs obyektlərində (daşınmaz tarix və mədəniyyət abidələrində) təmir-bərpa işləri üzrə üstəlik xərclərin və smeta gəlirinin normativləri müəyyən edilməklə həmin obyektlərin də smeta hesablamalarının avtomatlaşdırılması üzrə proqram təminatına daxil edilməsi və istifadə olunması təmin ediləcəkdir.