• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR

CƏMİYYƏT

11 Oktyabr 2024 | 00:27

Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR

Flinders Universitetinin alimləri beş ümumi metabolik patologiyanın hipertoniya və yüksək qan qlükoza səviyyəsi də daxil olmaqla bağırsaq xərçənginin inkişaf riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın nəticələri "Critical Reviews"in "Oncology/Hematology" jurnalında dərc olunub.

Tədqiqatçılar metabolik xəstəliklərlə kolorektal xərçəngin inkişaf riski arasında əlaqəni müəyyən etmək üçün əvvəllər dərc edilmiş 49 elmi məqalənin məlumatlarını təhlil ediblər. Sistematik təhlillər və meta-analizlər sağlam yetkin könüllülər və müxtəlif tibbi vəziyyəti olan şəxslər haqqında məlumatlardan istifadə edilib.

Nəticələr göstərib ki, kifayət qədər ümumi olan beş patologiya bağırsaq xərçəngi riskini artırır - piylənmə, hipertoniya, alkoqollu yağlı qaraciyər xəstəliyi, artıq qan şəkəri və yüksək sıxlıqlı lipoprotein çatışmazlığı. Belə xəstəliklərin kompleks inkişafı metabolik sindrom kimi tanınır.

Alimlər vurğulayıblar ki, hər il bir çox insanın tibbi müayinədən keçdiyi sadə qan analizləri metabolik sindrom riskinin qiymətləndirilməsinə və həyati təhlükəsi olan ağırlaşmalar baş verməmişdən əvvəl onun qarşısının alınmasına effektiv kömək edir./publika.az


SON XƏBƏRLƏR

20 Dekabr 2024