Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran T.Ə. (ad, soyadı şərti) cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.
Qadının azyaşlı uşağının olması nəzərə alınaraq T.Ə.-yə yüngül cəza verilib, o, 75 manat məbləğində cərimə olunub. /Report
16:46
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə.-nin (ad, soyadı şərti) barəsində inzibati protokol tərtib edilib.
Bu barədə Bakıvaxtı.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, qadının barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hazırda protokol hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Qeyd edək ki, M.Ə.-ni 50 manatdan 100 manatadək məbləğdə cərimə və ya 15 günədək müddətə inzibati həbs cəzası gözləyir.
10:50
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bakıvaxtı.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O izahatında törətdiyi əməli etiraf edib.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.



jpg-1688364063jpg-1688453608.jpg)













