Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səki zəbt olunub.
Bakıvaxtı.az xəbər verir ki, səkinin düz ortasına köşklər quraşdırılıb.
Köşkün qarşısında yerləşdirilən soyuducular və məhsullar səkidə hərəkətin məhdudlaşmasına səbəb olub.
Səkilərin zəbt olunmasını əks etdirən fotogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Fotolar “Azadlıq prospekti” metrostansiyasının və Mərkəzi Bankın yaxınlığında çəkilib.
Ramid İbrahimov















