• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hakimliyə qəbul imtahanları ilə bağlı YENİLİK

CƏMİYYƏT

02 Sentyabr 2023 | 17:23

Hakimliyə qəbul imtahanları ilə bağlı YENİLİK

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan Bakıvaxtı.az-a verilən məlumata görə, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edərək ədalət mühakiməsinin və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə icra edilmiş və icrası hədəflənən işlər barədə məlumat verib. İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi və digər məsələlərlə bağlı məruzələr dinlənilib, bir sıra hüquqi akt layihələri üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin dövrün tələbi və hakimliyə namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurasının “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na imtahan mərhələlərinin sayının 6-dan 4-ə endirilməsi və namizədlər üçün daha əlverişli şəraitin yaradılması üzrə yenilikləri əks etdirən müvafiq dəyişikliklər olunub.

Bundan başqa, iclasda hakimlərin intizam icraatı üzrə işlərə baxılıb. Eyni zamanda, təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyətləri ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiklərinə görə fəxri fərmanlarla təltif ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026