• Bakı 16° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Antiterror tədbirlərindən sonra Qarabağda 123 mina zərərsizləşdirildi - VİDEO

CƏMİYYƏT

02 Oktyabr 2023 | 17:01

Antiterror tədbirlərindən sonra Qarabağda 123 mina zərərsizləşdirildi - VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari ilin sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Mühəndis təminatı üzrə görülən tədbirlərdə əsas səylər ərazilərin minalardan təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldilir.

Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026