"Yuxarı tənəffüs yollarını nəmləndirmək lazımdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov nazirliyin canlı yayımında deyib.
T.Əyyubov qeyd edib ki, xəstəliklərin müalicəsi üçün yuxarı tənəffüs yolları nəmləndirilməlidir. Onun sözlərinə görə, əgər bunu pereparatla etməyə imkan yoxdursa, ən yaxşı yol hamamda etməkdir: “Hamamda isti suyu açırsınız, buxarlanır və yuxarı tənəffüs yolları nəmlənir. Daha sonra süd, bal, isti çay ən yaxşı müalicə üsuludur. Belə olduqda dərmanlara da boş yerə pul xərcləmirsiniz".
Aytac Aslan
















