• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Çaylarda sululuq artdı

CƏMİYYƏT

02 Aprel 2023 | 13:48 | Müəllif: Subhan Mahmudov

Çaylarda sululuq artdı

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Son iki gündə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Sifidor, Viləşçay-Şıxlar, Təngərudçay-Vaqo məntəqələrində suyun səviyyəsi 11-16 sm; Böyük Qafqazın ərazisindən axan Əyriçay-Ağyazı və Vəlvələçay-Təngəaltı məntəqələrində 2-6 sm, Qarasuçay-Zərdab məntəqəsində 36 sm; Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar, Kürəkçay-Toğana, Əsrikçay-Əsrikcırdaxan məntəqələrində 1-6 sm; Qanıx çayının Cəlayir məntəqəsində 6 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surrada 37 sm, Kür-Şirvanda isə 4 sm artım müşahidə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026