“Mən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildikdən sonra Humanitar Elmlər Bölməsinin rəhbəri vəzifəsindən azad olunmuşam".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən plenar iclasda deputat İsa Həbibəyli İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsinə münasibət bildirərkən deyib.
AMEA prezidenti qeyd edib ki. bu səbəbdən də akademik-katibi, akademik Teymur Kərimli İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasınının üzvü olması ilə bağlı namizədliyinə imza atmayıb: "Ona görə də AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli namizədlik sənədini özü imzalayıb”.
“AMEA Humanitar Elmlər Bölməsinin rəhbəri vəzifəsini müvəqqəti olaraq T.Kərimlinin idarət etdiyini nəzərər alaraq onun namizədlik sənədinə imza atmasında hüquq pozuntusu görmürəm”, -deyə İsa Həbibəyli həmkarı Etibar Əliyevin sorğusuna cavab verərkən bildirib.
Ramid İbrahimov
















