Yuxulardakı hadisələr real həyatda baş verə biləcək hadisələrdən qaynaqlanır. Şüuraltında qərarlaşan bu faktorlar insanların yuxuda ikən gözlərinin qarşısına gələrək hadisələrin yenidən yaşanmasına səbəb ola bilir. Onlardan biri yuxuda saç kəsdirməkdir.
Bakıvaxtı.az xəbər verir ki, saç kəsmə davranışı kişilərdə və qadınlarda müntəzəm bir hadisədir. Bəzi yuxu təfsirçilərinə görə, yuxuda saç kəsdirmək firavanlıq, ləyaqət və ya rütbə mənasında nəql olunur. Ancaq yuxuda saç düzümünə görə müxtəlif mənalar çıxa bilər.
Yuxuda saç kəsdirmək ləyaqət və izzət, vəzifə və rütbə hörmətli insan olmaq deməkdir. Müsəlman bir kəs saçını kəsdirirsə, bu, dində razı olunan insana dəlalət edir. Bununla belə, uzun ömür və mülkə işarə edir. Yuxuda saç kəsdirmək, yuxu görən şəxsin bəxtinin bağlanacağına işarədir. Yuxuda saç kəsdirmək insanın bədbəxtliyinə dəlalət edir və yaxşı bir əlamət olmadığı da deyilir. Bu səbəbdən yuxuda saç kəsdirmək fərqli mənalar daşıyır. Yuxuda öz saçınızı kəsmək də işdəki uğursuzluğa işarədir.
Başqa bir rəvayətdə isə yuxuda saç kəsdirmək eşq və ya evlilik həyatınızla bağlı bəd xəbərlər alacağınıza işarədir. Yuxuda saçınızın kəsildiyini görmək ortaq olduğunuz bir işdən arzuolunmaz bir səbəbdən ayrılacağınıza işarədir. Yuxuda saç kəsmək yuxu görənin haqsız yerə böhtan atacağına işarədir. Yuxuda saçınızın kəsildiyini görmək, yuxu görən insanın pis zövqünə və ya gələcəkdə başına gələ biləcək bir müsibətə işarədir.
Yuxuda qısa saç kəsdirmək yuxunu görən insanın keçirdiyi bütün mənfi duyğuların arxada qalacağına və rahatlaşacağına işarədir. Bəzi yuxu təfsirçilərinə görə, real həyatda uzun saçlı, ancaq öz yuxusunda qısa saçlı olduğunu görmək insanın həyatını təhlükəsiz şəkildə davam etdirə biləcəyinə işarə edir. Bu o deməkdir ki, əgər fərd kimdənsə qorxarsa, ondan ona heç bir zərər gəlməz. Bu insan həmişə başqaları tərəfindən qorunacaq və qayğısına qalacaq.
Ay Tac