Cəlilabadda arvadını baltalayan şəxs tutulub.
Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.
Məlumata görə, Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.
09:14
Cəlilabad sakini arvadını baltalayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb.
Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.
















