• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gəncədə qadın bıçaqlandı

HADİSƏ

15 Dekabr 2022 | 09:14

Gəncədə qadın bıçaqlandı

Gəncə şəhərində qadın bıçaqlanıb, əri şübhəli bilinir.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 14-ü saat 08:30 radələrində şəhər ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Süleymanov Zaur Hidayət oğlu arvadı, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına yaşadıqları evdə mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Hazıra Zaur Süleymanovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam
etdirilir. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026