• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mingəçevirdə AĞIR QƏZA - 1 nəfər ölüb, 3 nəfər yaralanıb

HADİSƏ

13 Yanvar 2023 | 20:33 | Müəllif: Subhan Mahmudov

Mingəçevirdə AĞIR QƏZA - 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Mingəçevir şəhərində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-ü axşam saat 18 radələrində Mingəçevir şəhərinin Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi "Mercedes" və Əhməd Əhmədovun idarə etdiyi "QAZ-3110" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sonradan "QAZ-3110" markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR