• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Mənzildə meyiti tapılan 4 nəfərin ölüm SƏBƏBİ BİLİNDİ

HADİSƏ

13 Yanvar 2023 | 18:52 | Müəllif: Subhan Mahmudov

Mənzildə meyiti tapılan 4 nəfərin ölüm SƏBƏBİ BİLİNDİ

Yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

Qeyd edək ki, yanvarın 5-də Nərimanov rayonu ərazisindəki yaşayış binasında mənzildə 4 nəfərin meyiti aşkar olunub.

Araşdırma zamanı meyiti tapılan şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026