• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avtomobil velosipedçini vuraraq öldürdü

HADİSƏ

15 Dekabr 2022 | 09:19

Avtomobil velosipedçini vuraraq öldürdü

Xızı rayonuda avtomobil velosipedçini vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 14-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 1973-cü il təvəllüdlü Babayev Səfa Vəzir oğlu idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə yolun təmiri bitmiş, lakin istifadəyə verilməmiş hissəsində hərəkətdə olarkən velosipedçi, 1963-cü il təvəllüdlü Əliyev Əlirza Ağarza oğlunu vurub. Nəticədə velosipedçi hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026