• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Cəlilabadda avtomobillər toqquşdu - Xəsarət alanlar var

HADİSƏ

26 Oktyabr 2023 | 16:16

Cəlilabadda avtomobillər toqquşdu - Xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Xətai küçəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "VAZ-2107" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "VAZ-2107"nin sərnişini, 2003-cü il təvəllüdlü Nuray Astanova və "VAZ-21015"in sürücüsü, 1956-cı il təvəllüdlü Xanoğlan Rzayev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026