“Çelsi” keçmiş baş məşqçisi “Portu”nun prezidenti seçilib.
Bakıvaxtı.az xəbər verir ki, klub Andre Villaş-Boaşın Oportu təmsilçisinə rəhbərlik edəcəyi məlumatını yayıb.
46 yaşlı mütəxəssis vaxtilə “Portu”nun baş məşqçisi olub. O, komandada 2010-2011-cı illərdə işləyib və ona çempion titulunu qazandırıb. Bundan başqa, Villaş-Boaş “Çelsi”, “Tottenhem”, “Zenit” və “Marsel” kimi tanınmış klublara da rəhbərik edib. Onun son iş yeri Fransa klubu olub və Andre 2021-ci ildə məşqçi fəaliyyətini dayandırıb.
Qeyd edək ki, “Portu” Portuqaliya çempionatında 38 xalla 3-cü pillədə qərarlaşıb./idmanbiz
















