• Bakı C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Cenevrədə nüvə problemi üzrə danışıqlar keçirilir

DÜNYA

13 Yanvar 2025 | 13:10

Cenevrədə nüvə problemi üzrə danışıqlar keçirilir

Cenevrədə Böyük Britaniya, Fransa, Almaniya və İran arasında nüvə problemi üzrə qapalı danışıqlar keçirilir.

Bakıvaxtı.az ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın XİN başçısının müavini Kazem Qarib-Abadi bildirib.

Danışıqlar mətbuat üçün qapalıdır. Onların keçirildiyi konkret yer və iştirakçıların səviyyəsi açıqlanmayıb.

Daha əvvəl Qarib-Abadi bildirmişdi ki, İranla Avropa arasında nüvə sazişinin bağlanması məsələsi üzrə yeni məsləhətləşmələr mərhələsi yanvarın 13-də keçiriləcək.

İranla "Avropa üçlüyü" arasında nüvə proqramı üzrə son danışıqlar ikiillik fasilədən sonra 2024-cü il noyabrın 29-da Cenevrədə keçirilib. Danışıqlarda İran nümayəndə heyətinə İran XİN başçısının siyasi məsələlər üzrə köməkçisi Məcid Təxt-Ravançi rəhbərlik edib.


SON XƏBƏRLƏR