• Bakı 15° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

"Çətin vəziyyətdəyik” - Putin

DÜNYA

12 Yanvar 2022 | 15:45

"Çətin vəziyyətdəyik” - Putin

“Dünyadakı durumu və yeni "Omikron" ştamının sürətlə yayılmasını izləyirəm. Bu gün, sözsüz ki, çətin vəziyyətdəyik”.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsindədir. Yeni il tətilləri ölkədəki epidemioloji vəziyyətə təsir etməyə bilməzdi", - o vurğulayıb.

Rusiya hökumət sədrinin müavini Tatyana Qolikova da ölkədə “Omikron” ştamına yoluxmanın ilin sonundan başladığını və bunun COVID-19-un yayılmasını sürətləndirdiyini bildirib: “Hədəfimiz virusun yayılmasının qarşısının alınması istiqamətində lazımi işləri görməkdir”.

Qeyd edək ki, V.Putin bu gün hökumət üzvləri ilə birlikdə videokonfrans formatında iclas keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR