• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Britaniya koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir

DÜNYA

11 Fevral 2022 | 03:28 | Müəllif: Qalib İbrahimoğlu

Britaniya koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir

Böyük Britaniyada koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlər fevralın sonunda ləğv ediləcək.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu ölkənin Baş naziri Boris Conson açıqlayıb. 

Baş nazirin sözlərinə görə, mövcud məhdudiyyətlər bir ay əvvəl aradan qaldırılacaq. Qeyd edək ki, daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlanmışdı.

Bununla yanaşı bu ay Böyük Britaniyaya gələnlər üçün qaydalar da yumşaldılacaq.

Qeyd olunub ki, bu gündən (fevralın 11-dən) ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün evdə özünütəcrid şərti qaldırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026