“Rusiya Ukraynanın Xerson vilayətində saxta referendum keçirməyə çalışır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sosial media hesabında yazıb.
“2014-cü ildəki oyundan sonra Rusiya indi də Xersonda saxta “xalq respublikası” üçün qeyri-qanuni “referendum” təşkil etməyə çalışır. Xalqın dəstəyininin “sıfır” olduğunu nəzərə alsaq, bəllidir ki, bu “referendum” tam səhnələşdiriləcək. Xerson həmişə Ukraynanındır və Ukraynanın olacaq”, - deyə nazir bildirib./oxuşaz/
















