• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Cüdoçularımız Riqadan 12 medalla qayıdır

CƏMİYYƏT

23 Oktyabr 2023 | 00:58

Cüdoçularımız Riqadan 12 medalla qayıdır

Azərbaycanın yeniyetmə cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilmiş Avropa Kubokunda 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, idmançılar medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutublar.

İki gün davam edən turnirdə Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.

Bahadır Feyzullayev (50 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov (66 kq), Sübhan Axundov (+90 kq) qızıl, Rüstəm Qasımzadə (50 kq), Əli Qazıməmmədov (81 kq), Rəsul Səmədli (+90 kq) gümüş, Nihad Məmişov (55 kq), Səlim Sultanov, Səid Şərifov (hər ikisi 66 kq), Cəsur İbadlı (73 kq) və Mehdi Abbasov bürünc medal əldə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026