• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

4 yaşlı uşaq qızılcadan ÖLDÜ - YENİLƏNİB

CƏMİYYƏT

15 Dekabr 2023 | 11:59

4 yaşlı uşaq qızılcadan ÖLDÜ - YENİLƏNİB

Serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixdə səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib:

"Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb".

***

09:23

Bu gün Gəncədə azyaşlı qızılcadan vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 2019-cu il təvəllüdlü H. Allahyarovun səhhəti qızılca xəstəliyi səbəbindən ağırlaşıb.

O, yaşadığı Şəmkir rayonundan Gəncə şəhərinə aparılarkən yolda ölüb.

Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son 1 ayda Azərbaycanda 6 azyaşlı qızılcadan vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR