• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qar Salyanda 20-yə yaxın kəndi işıqsız qoydu

CƏMİYYƏT

14 Yanvar 2024 | 11:30 | Müəllif: Subhan Mahmudov

Qar Salyanda 20-yə yaxın kəndi işıqsız qoydu

Salyanda 20-yə yaxın kənd işıqsız qalıb.

Bakıvaxtı.az xəbər verir ki, rayonda yağan qar elektrik təsərrüfatında ciddi problemlər yaradıb.

Belə ki gecə saatlarından indiyədək rayonun Qarabağlı, Çaxırlı, Arxarası, Yenikənd, Həsənli, Şəkərli, Kürsəngi, I-II Varlı, Peyk, Xocalı və ümumilikdə 20-yə yaxın kəndlərində elektrik enerjisinin verilişi dayanıb.

Minlərlə sakin qışın qarlı-çovğununda işıqsız qalıb. Bununla bərabər ötən axşam saat 21:00 radələrində şəhərin Ə.Kürçaylı, H. Əliyev, T.Xəlilbəyli, Y.Zərgərli, Ə.Zeynalov və digər küçələrin sakinləri də enerji verilişindən məhrum olub. Enerjinin bərpası ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçiblər.

Qeyd edək ki, hazırda fasiləsiz olaraq qar yağır. Qarın hündürlüyü 20 santimetrə çatıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026