• Bakı 22° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Danimarka səfiri Türkiyə XİN-ə çağırıldı

DÜNYA

14 Aprel 2023 | 21:12 | Müəllif: Subhan Mahmudov

Danimarka səfiri Türkiyə XİN-ə çağırıldı

Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

“Danimarkada bu gün bir daha müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza yönəlik alçaq hücumu lənətləyirik. Bütün xəbərdarlıqlara rəğmən, bu alçaq hücumlara “ifadə azadlığı” adı altında icazə verilməsi qəbuledilməzdir.

Bu mövzuda mövqeyimiz nazirliyə çağırılan Danimarka səfirinə çatdırılıb”, - deyə bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR