• Bakı 22° C

    5.14 m/s

Daşkəsəndə DƏHŞƏT: Kişi arvadını baltalayaraq öldürdü

HADİSƏ

24 Iyun 2024 | 09:46 | Müəllif: Subhan Mahmudov

Daşkəsəndə DƏHŞƏT: Kişi arvadını baltalayaraq öldürdü

İyunun 24-də saat 02 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Daşkəsən rayon prokurorluğundan Bakıvaxtı.az-a bildirilib ki, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR