• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Abşeronda evlərdən oğurluq edən Çin vətəndaşları saxlanıldı

HADİSƏ

23 Iyul 2024 | 17:13

Abşeronda evlərdən oğurluq edən Çin vətəndaşları saxlanıldı

Abşeron rayonu Saray qəsəbəsində yerləşən evlərdən birindən içərisində 130.000 ABŞ dolları və 700 qram qızl-zinət əşyaları olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları — V.Zhijian və V.Hongfu ölkədən çıxmağa cəhd edərkən polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Onların üzərindən 17.306 dollar, 9586 BƏƏ dirhəmi, müxtəlif xarici valyutalarda olan pul əskinasları və 147 qram qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

"Oğurlanan pul və zinət əşyalarının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026