• Bakı 24° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Yasamal rayonunda yanğın baş verib 

HADİSƏ

24 Iyul 2024 | 09:05 | Müəllif: Əli Hüseynov

Yasamal rayonunda yanğın baş verib

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Əbdülrəhim bəy Haqverdiyev küçəsində yerləşən yeni tikili binanın 4-cü mərtəbəsində baş verib. Yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.

Dərhal 5 yanğınsöndürmə maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub.

Binanın sakinləri təxliyyə edilib. Yanğın qısa müddətdə tamamilə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Mütəxəssislər yanğının səbəblərini araşdırır. /Apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR