• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Dəhşətli hadisə: Ana və oğul eyni gündə intihar etdi

HADİSƏ

19 Noyabr 2021 | 10:47 | Müəllif: Subhan Mahmudov

Dəhşətli hadisə: Ana və oğul eyni gündə intihar etdi

Bir neçə gün əvvəl Abşeron rayonu Saray qəsəbəsində itkin düşən 1991-ci il təvəllüdlü Həsənov Elşən Ədalət oğlunun intihar etdiyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı Elşənin meyiti Corat qəsəbəsində dəniz sahilində tapılıb.

Onun noyabrın 12-də özünü dənizə ataraq intihar etdiyi, daha sonra meyitini dalğaların sahilə çıxardığı məlum olub.

Məlumata görə, Elşən Həsənovun anası Rəfiqə Həsənova da noyabrın 12-də intihar edib.

Həmin gün anasının yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyduğunu görən gənc dərin sarsıntı keçirib və evdən çıxaraq dəniz sahilinə yollanıb. Həmin gün özünü dənizə ataraq intihar edib.

Hər iki faktla bağlı araşdırma aparılır.(publika.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026