• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Dibalanın evi qarət olundu

İDMAN

22 Oktyabr 2021 | 22:15 | Müəllif: Subhan Mahmudov

Dibalanın evi qarət olundu

"Yuventus"un futbolçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

Bakıvaxtı.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, oğrular 27 yaşlı yarımmüdafiəçinin evinə girərək birinci mərtəbədəki pəncərəni sındırıblar.

Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalını basıb, ancaq  soyğunçular gizlənərək qızıl zinət əşyaları götürərək qaça biliblər. Oğurlanan əşyaların dəyəri hələ ki, məlum deyil. Onların Dibalanın bahalı saat kolleksiyasını da oğurladığı güman edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026