• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Milli komandamız DÇ-nin bürünc medalını qazandı

İDMAN

21 Noyabr 2021 | 19:03

Milli komandamız DÇ-nin bürünc medalını qazandı

Dubayda keçirilən karate üzrə dünya çempionatının son günündə - bu gün kumite üzrə komandamız bürünc medal uğrunda mübarizə aparıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan yığması üçüncü yer uğrunda Özbəkistan komandası ilə qarşılaşıb.

Rəqib komanda üzərində qələbə qazanan komandamız dünya çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, dünya çempionatında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İrina Zaretska qızıl medala layiq görülüb. Bununla da o, dünya çempionatının ikiqat qalibi titulunu qazanıb.

Daha bir idmançımız - Asiman Qurbanlı (+84 kq) isə turnirdə üçüncü yeri tutub.

Qeyd edək ki, ölkəmiz çempionatda 17 karateçi ilə təmsil olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026