• Bakı 12° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

"Fənərbağça" baş məşqçisi ilə vidalaşdı

İDMAN

20 Dekabr 2021 | 22:59 | Müəllif: Subhan Mahmudov

"Fənərbağça" baş məşqçisi ilə vidalaşdı

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.

Bakıvaxtı.azİstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Sarı-lacivərdlilər" 53 yaşlı baş məşqçinin rəhbərliyi altında cari mövsüm UEFA Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşüb. Komanda Türkiyə Super Liqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin iyulunda "Fənərbağça"nın sükanı arxasına keçən Vitor Pereyra daha əvvəl 2015/2016 mövsümündə İstanbul nəhənginə başçılıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR