• Bakı 25° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Mançester Yunayted"in Kavani qərarı

İDMAN

21 Dekabr 2021 | 17:33 | Müəllif: Subhan Mahmudov

"Mançester Yunayted"in Kavani qərarı

"Mançester Yunayted"in hücumçusu Edinson Kavani komandada qala bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi uruqvaylı futbolçunu mövsümün sonuna qədər Mançester təmsilçisində saxlamaq istəyir.

Bu qərar onunla bağlıdır ki, koronavirus yenidən komandanın əsas oyunçularını sıradan çıxara bilər və Edinson mövsümün ikinci hissəsində komandaya kömək edə biləcək yaxşı futbolçulardan biridir.

Kavaninin "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Qeyd edək ki, 34 yaşlı futbolçu bu mövsüm 8 oyun keçirib və 1 qol vurub. Onunla "Barselona"nın maraqlandığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026