• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

 Dumanlı hava sabahadək davam edəcək

CƏMİYYƏT

18 Mart 2021 | 10:18

Dumanlı hava sabahadək davam edəcək

"Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir: "Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-qərb küləyi nəticəsində Abşeron yarımadasına daxil olub. Belə hava şəraiti martın 18-i gün ərzində, 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026