• Bakı 28° C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Dünya çempionatı START GÖTÜRÜR

İDMAN

11 Iyun 2026 | 09:01

Dünya çempionatı START GÖTÜRÜR

Bu gün milyonların səbirsizliklə gözlədiyi futbol üzrə dünya çempionatına start verilir.

Bakıvaxtı.az-ın məlumatına görə, sayca 23-cü dəfə təşkil olunacaq mundialın açılış qarşılaşmasında ev sahibi olan Meksika millisi Cənubi Afrika yığması ilə üz-üzə gələcək.

A qrupu çərçivəsində baş tutacaq ilk mübarizə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Mexiko Siti" stadionunda keçiriləcək bu matçın ədalət təmsilçisi braziliyalı hakim Vilton Sampayo olacaq.

Qrupun digər duelində isə Cənubi Koreya və Çexiya yığmaları güclərini sınayacaqlar. "Estadio Akron" arenasında oynanılacaq görüşə Bakı vaxtı ilə saat 06:00-da start veriləcək.

Dünya çempionatı

A qrupu

I tur

11 iyun

23:00. Meksika - Cənubi Afrika

"Mexiko Siti" stadionu

12 iyun

06:00. Cənubi Koreya - Çexiya

"Estadio Akron" stadionu

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026