Sudan, Qəzza və Myanmada davam edən münaqişələr məcburi köçkünlərin sayını artırıb.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı "Məcburi Köçkünlükdə Qlobal Trend 2024" adlı hesabatını dərc edib.
Bildirilib ki, məcburi köçkünlükdə 12 il ardıcıl artım olsa da, ötən ilki rəqəmlər dünya miqyasında tarixi səviyyəyə çatıb.
"Dünya üzrə köçkünlük göstəricilərində ən böyük artım insanların münaqişə zonalarından qaçaraq digər ölkələrə üz tutmasıdır. Daxili Köçkünlüklərin Monitorinqi Mərkəzinin (IDMC) məlumatına görə, bu rəqəm 68,3 milyon nəfərə yüksəlib. Bu isə 50 faizlik artım deməkdir. Ümumilikdə qaçqınların və beynəlxalq müdafiəyə ehtiyacı olan digər şəxslərin sayı 43,4 milyon nəfərdir". - hesabatda vurğulanıb.
Gülşən Şərif













